"Uelsdə öz qapımızda vurduğumuz da daxil olmaqla iki qəribə qol buraxaraq uduzduq. Bu, çox üzücü idi”.
Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov AVRO-2020-nin seçmə mərhələsində Uelsə səfərdə 1:2 hesablı məğlubiyyəti şərh edərkən tag24.de saytına deyib.
O, Uelslə matçdan sonra rəqib komandanın kapitanı Qaret Beyllə aralarında olan dialoqdan danışıb: "Görüşdən sonra Qaret Beyl mənə yaxınlaşdı, oyunumuzu yüksək qiymətləndirdi və soruşdu ki, forma dəyişdirmək istəyirəmmi".
Nazarov millinin bu gün Bakıda Xorvatiya yığmasına qarşı keçirəcəyi oyun haqda da danışıb: "Dövlət himni səslənəndə, tüklərim biz-biz olur. Çətin oyun olacaq. İkinci divizion oyunçusu olaraq Luka Modriç və ya İvan Perişiç ilə nə vaxt qarşılaşırsan ki?”
Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol