Georgi Nikolov
Pişiyimdən soruşuram: səncə, mən koronavirusdan sonra futbol oynaya biləcəm?
Cavab verir: sən heç bu virus söhbəti yaranana qədər də oynaya bilmirdin axı...
Əlbəttə, zarafatdı, pişiyimin futboldan başı çıxmır...
1 aprel gəldisə, həmişə zarafatlaşıram. Çox vaxt özümlə. Deyirlər ki, özünə gülməyi bacaran kişilər rəqabətədavamlı, möhkəm olur.
Digər tərəfdən, bütün ömrüm boyu idmanla məşğul olmuşam. İnsanlığın fenomeni saydığım idmanla bağlı hər şeyin sükuta qərq olmasına üzülürəm.
Hə, dünyanı qəfil bürüyən fəlakət hamımızı çox ciddiləşdirib. Yavaş-yavaş, iztirab çəkə-çəkə gözəgörünməz düşmənlə bir arada şənlənə bilməyəcəyimizi anlamışıq.
Tokio-2020, qitə birinciliyi, bütün idman növləri üzrə dünya çempionatları ertələndi. Görünən budu ki, daha bir müddət, bəlkə də 2020-ci ilin sonunadək möhtəşəm idman yarışlarına həsrət qalacağıq.
İndi nə deyək? "Çox təəssüf”, yoxsa "hər işdə bir xeyir var”? Mən ikincini seçirəm. Bu şən gündə əhvalımı korlamayacam. Şükürlər olsun, CoVid-19 yumor hissimizə təsir edə bilmir. Bu mənada, insan immuniteti infeksiya üçün yenilməzdi.
Hovuzda üzə, velosiped sürə və ya parkda badmenton oynaya bilmiriksə, buna gülməyə məcburuq. Nə bilmək olar, bəlkə də bir müddət sonra Zarafat da yasaqlanacaq.
Xoş əhvallar diləyi ilə...
Eksklüziv olaraq Fanat.Az üçün