15:28 01.06.2020 9675

Tanrının əlləri

Georgi Nikolov 
 
Futbol klubunda kimin daha vacib olduğunu soruşsaz, sizə yəqin, belə cavab verərələr:
 
a) baş məşqçi
b) futbolçular

Hə, belədi. Amma nə yazıq ki, çox adam olduqca vacib fiqurları unudur. Komandanın həkimini və onun köməkçilərini...

İnsan bədəni mükəmməl "maşın”dı. Bütün növ ekstremal yükləmələrə tab gətirir.  Hətta bunun mümkün olmadığını düşündüyünüz anlarda belə, bədəniniz sizi yaxşı mənada təəccübləndirir. Orqanizmin qayğısına qalmağın vacibliyi haqda yenidən danışmaq uzunçuluq olar. "Maşın”a qayğı ilə yanaşmaq ən önəmli şərtlərdən biridi. Onu məşqlərdəki yükləmələrə hazırlamaq, ağır çalışmalardan sonra bərpa etmək, zədələrdən sağaltmaq, uzaq olsun, əməliyyatlardan sonra qaydaya salmaq həkimlərin və fizioteropevtlərin boynunda olan gündəlik öhdəlikdi.

Bunun asan iş olduğunu düşünürsüzsə, yanılırsız.  10 il "İnter”in həkimlərinin necə işlədiyinə diqqət yetirmişəm və tibbi personalın effektli, peşəkar fəaliyyəti ilə qürur duymuşam. İnsan həyatının tükdən asılı olduğu anlarda bu adamların bizim klub üçün nə dərəcədə vacib olduğunu daha çox anlamışam.

Yəqin, iki futbolçumuzun - Baçana Tsxadadze və Fuad Bayramovun yaşadıqlarını siz də unutmamısız. Klub həkimlərinin inanılmaz dərəcədə savadlı müdaxiləsi sayəsində ikisi də belə desəm, ölümün caynağından qurtuldu... Trnava "Spartak”ı ilə avrokubok oyununun fasiləsində müdafiəçimiz Danildo Asiolinin üzünə tikiş qoyan həkimimizin onun ikinci yarıda oynaya biləcək vəziyyətə gətirməsinə də şahidlik etmişəm...

İdman sahəsində çalışan həkim şərəfli və əvəzolunmazdı. Baş məşqçi komandanın düşünən beynidisə, tibbi heyət Tanrının əlləridi. Bunu möcüzəyə qadir əllərin qüdrətini gözüylə görmüş biri kimi deyirəm. Qoy məşqçilər inciməsin, komandanın uğurlarının 50 faizini ağpaltarlılar qazanır. Layiq olduqları dəyəri vermək borcumuzdu!

Martdan təxirə salınmış çempionat başlayır. Qərarın düz və ya səhv olduğunu zaman göstərəcək... Bəlli olan budu ki, yetərincə uzun fasilədən sonra həkimləri çox gərgin iş gözləyir. 

İndi "Tanrının əlləri”nə daha böyük ehtiyac var. Özü də sonsuza qədər...
 
Eksklüziv olaraq Fanat.Az üçün  


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2024
11:16

"Onların bir missiyası, bizim isə böyük arzumuz var" - Edin Terziç

10:57

"Traktor"dan inamlı qələbə

10:38

Çempionlar Liqası: İlk finalçı müəyyənləşir - YENİLƏNİR

10:19

Tsxadadze “Qəbələ”də ilk qələbəsini qazandı – Tura baxış

10:00

Anton Cənubi Koreyada fərqləndi

09:40

Moldovalı qolkiper buraxdığı qoldan danışdı - "Nə qədər qəribə səslənsə də..."

09:21

Cəlal Hüseynov "Slaviya"ya qarşı oynadı, komandası...

09:00

Arda Turan "Atletiko"nu çalışdırmaq istəyir - Özü açıqladı

01:35

"Mançester Yunayted" darmadağın oldu

01:02

"Napoli" son dəqiqə qolu ilə xal itirdi

06 May 2024
23:50

"Fənərbağça" səfərdə büdrədi

23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

Facebookdan bizi izləməyi unutmayın.
X