Georgi Nikolov
Panta rei! Yəni hər şey dəyişir, heç nə ətalətdə deyil… Qədim yunan filosofu Heraklitin gəldiyi qənaətdi. Romalılar isə öz növbəsində müdrikin kəlamını belə tamamlayıb: "Tempora mutantur et nos mutamur in illis” – "Zaman dəyişir və biz də zamanla dəyişirik”.
Görəsən, söylənilənlər Azərbaycan çempionatına nə dərəcədə uyğun gəlir? 2013-cü ildən bəri "Qarabağ” həmişə zirvədədi. Zaman dəyişsə də, lider dəyişmir. Əlbəttə, Ağdam klubu zirvəyə layiqdi, haqq etdiyi yerdədi. "Qarabağ”ın klass səviyyəsinə, peşəkarlığına, uğur istəyinə şübhəm yoxdu.
Hə, ola bilsin, zaman anlayışı fonunda ölkənin futbolunda böyük dəyişikliklərə imkan verməyən qüvvələr var. Niyə də yox? Ancaq bütün hallarda, Heraklitin aforizmi qüvvədə qalır...
Müdrik yunan önəmli həyat ünsürləri arasında alovu xüsusi dəyərləndirirdi. Baxın, "Qarabağ” futbolçularının ürəyindəki həmin alov onları yeddinci dəfə həmin çayın sahilinə gətirdi.
Eksklüziv olaraq Fanat.Az üçün