İtaliya Futbol Federasiyasının elmi və texniki komitəsinin üzvü Françesko Brakonaro "İnter"in yarımmüdafiəçisi Kristian Eriksenin (Christian Erikssen) ürəyindəki kardiostimulyatoru çıxarmayınca, İtaliya futbol çempionatında oynamasına icazə verilməyəcəyini söyləyib.
Fanat.Az xəbər verir ki, İtaliya futbol rəsmisinin dediklərini "Radio Kiss Kiss" belə çatdırıb:
"Eriksenə hələ oynamaq olmaz. Urəyinə yerləşdirilən defibrilyator çıxarılacağı təqdirdə, bu məslə müzakirə oluna bilər".
Xatırladaq ki, Danimarka millisinin futbolşusunun AVRO-2020 zamanı Finlandiyaya qarşı keçirilən oyunda urəyi dayanmışdı. Həkimlərin müdaxiləsi nəticəsində futbolçu meydandan birbaşa klinikaya aparılaraq əməliyyat (futbolçunun urəyinə kardioverter-defibrilyator yerləşdirilib) olunmuşdu.
Emin Şəmsiyev