Tokio 2020-də qadın idman gimnastlarının mübarizəsində təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycanı bu yarışda Marina Nekrasova təmsil edib.
Müxtəlif hərəkətlərin nəticəsində son pillələrdə qərarlaşan 26 yaşlı gimnastımız, çoxnövçülük sıralamasında 48,232 xalla 80 iştirakçı arasında 70-ci olub.
Ayrı-ayrı hərəkətlərdə "8-lik", çoxnövçülükdə isə "24-lük" iyulun 29-da keçiriləcək final mərhələsinə vəsiqə qazandığından Nekrasova mübarizəni başa vurub.
Qeyd edək ki, iyulun 24-də kişi idman gimnastlarının yarışlarında təsnifat mərhələsi baş tutub. İvan Tixonovun çoxnövçülük nəticəsi 45-ci yer olub. Müxtəlif hərəkətlərdə isə ən yaxşı halda 20-ci pillədə qərarlaşıb.
Sahib Əsədbəyli

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol