11:45 01.08.2021 776

Olimpiya mükafatçısı: \"Çox təəssüf ki, yerlilərdən medal qazanan olmadı\"

"Olimpiadada boksçularımızdan daha yaxşı nəticə gözləyirdim".

Bunu Fanat.az-a Pekin 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, veteran boksçu Şahin İmranov deyib.

Təmsilçilərimizin Tokio 2020-də çıxışını dəyərləndirən millimizin keçmiş kapitanı, yerli məktəbin yetişdirdiyi boksçulardan heç birinin medalçılar sırasına düşməməsinə diqqət çəkib: "Tayfur Əliyevə qarşı hakim haqsızlığı oldu. Vyetnam boksçusu ilə görüşdə haqqı çatdığı qələbəni əldə etsəydi, inanırdım ki, o, yarımfinala doğru növbəti mərhələləri də keçəcəkdi. Amma sözün düzü, Tayfur vyetnamlıdan bir baş üstün də döyüşə bilərdi. Sadəcə, mənə elə gəldi ki, rəqibinə ciddi yanaşmamışdı.

Tayfurdan fərqli olaraq Məhəmməd Abdullayevin püşkdə bəxti gətirmədi. Çəki dərəcəsinin 1 nömrəli favoriti ilə erkən mərhələdə qarşılaşmağı onun medala gedən yolunu bağladı. Məhəmməd cavandır, Özbəkistan boksçusunun təcrübəsi çoxdur. İdmançımızı qınamaq olmur. Bahadur Cəlalov Olimpiya Oyunlarında rəqiblərinin hamısından açıq-aşkar üstündür.

Cavid Çələbiyevin də medal qazanacağına inanırdım. Təəssüf ki, axırıncı raundda yorğun təsir bağışladı. Hissəyə daha aktiv başlasaydı, nəticə fərqli olardı. 
 
Sotomayorun isə dövrü keçib. Açığı, onunla bağlı nəyəsə ümid etməyi doğru saymırdım. Budəfəki halından da göründü ki, karyerasını bitirmək vaxtı çoxdan çatıb.

Ümumilikdə azı iki medal gözləyirdim. 
Olimpiadanı nəticəsiz başa vurmamağımız sadəcə təsəlli oldu. Doğrudur, əsas odur ki, kubalı Dominqes bizim bayrağımızı dalğalandıracaq. Ancaq çox təəssüf ki, yerlilərdən medal qazanan olmadı".

Gənclərdən ibarət yığmamızın məşqçisi boksumuzun gələcəkdə də milliləşdirilmişlərin ümidinə qalmaması üçün yeniyetmə və gənclərə diqqət ayırmağın vacibliyini vurğulayıb: "Biz o vaxt legioner nədir, bilmirdik. Bircə Ruslan Xairov idi, o da özümüzdən biri olmuşdu. Boksumuzun gələcəkdə legionerlərdən asılı olmasını istəmirəm. Nəinki mən, heç kim bunu istəmir. Bizdə indi də istedadlı uşaqlar var. Gələcəkdə onlar Dominqesdən də yaxşı boksçu olarlar".

Qeyd edək ki, Azərbaycan Tokio 2020-yə 5 boksçu(hamısı kişi) ilə qatılıb. Onlardan yalnız Alfonso Dominqes(81 kq) fərqlənib. Yarımfinala yüksələn 26 yaşlı təmsilçimiz ən azı "bürünc"ü təmin edib. Tayfur Əliyev(57 kq) və Lorenso Sotomayor(69 kq) ilk, Cavid Çələbiyevlə(63 kq) Məhəmməd Abdullayev(+91 kq) ikinci görüşdə uduzaraq Olimpiada ilə vidalaşıb.

Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

Facebookdan bizi izləməyi unutmayın.
X