Azərbaycan atleti Nazim Babayev Tokio 2020-də çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, kişilərin üçtəkanla tullanma yarışlarında mübarizə aparan 24 yaşlı atlet təsnifat mərhələsində 16,72 metr göstərici ilə yadda qalıb.
Nəticə Avropa çempionumuzun mövsüm rekordu olsa da, bu, ona qrupda 8-ci, ümumilikdə 15-ci olmağa yetib. .
Qeyd edək ki, Azərbaycan Tokio 2020-də atletika üzrə iki idmançı ilə təmsil olunub. Avqustun 1-də qadınların çəkicatma yarışında mübarizəyə qoşulan Anna Skidan da təsnifatı keçə bilməmişdi.
Sahib Əsədbəyli