12:23 24.08.2021 905

Dünya üçüncüsü olan milli Vətənə qayıdıb - FOTOLAR

Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, bir qızıl, bir gümüş və iki bürünc medal qazanan komandamız 101 xalla dünyanın ən güclü 3-cü komandası ünvanına sahib çıxıb.

Heydər Əliyev adına Beynəlxalq Aeroportda güləşçilərimizin qarşılanma mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov yığmamızın çıxışı və növbəti yarışlar haqqında bunları deyib:

"Mən ilk olaraq dünya çempionu olan Həsrət Cəfərovu, digər medalçılarımızı, məşqçilər korpusunu və federasiyamızı təbrik edirəm. Hesab edirəm ki, bu, çox böyük uğurdur. İnanıram ki, bu uğurun davamı gələcək. Qarşıda bizi MDB Oyunları, böyüklərin dünya çempionatı və U-23 dünya çempionatı gözləyir. Bu gənclərin bir neçəsi həmin yarışlarda ölkəmizi təmsil edə bilər. Yığma komandaların təlim-məşq toplanışları federasiyanın daim diqqət mərkəzindədir. Artıq bu gündən hər bir idmançı Paris-2024 Olimpiadasına hazırlıqlara başlamalıdır. İnanıram ki, bu gənclər həmin Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Şəxsi məşqçiləri və yığma komandanın məşqçilərini təbrik edirəm ki, komandanı ən yaxşı formada hazırlaşdırıblar. Bu qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirik. Çalışacağıq ki, bundan sonra da ölkəmizin şərəfini layiqincə qoruyaq".

Daha sonra gənclərdən ibarət millinin böyük məşqçisi Nurəddin Rəcəbov dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşüb:

"Dünya çempionatı çox yüksək səviyyədə keçirildi. Güclü rəqiblərimiz var idi. Ancaq biz yarışa çox yaxşı hazırlaşmışdıq. Buna görə də federasiyamıza, Milli Olimpiya Komitəsinə, eləcə də Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm. Yüksək səviyyədə hazırlığın bəhrəsini belə mötəbər yarışda gördük. Dünya çempionatına 9 idmançıyla yollandıq. Əlbəttə, bundan da yaxşı nəticə qazana bilərdik. Bəzi görüşlərdə fərdi səhvlər, bəzilərində isə hakimlərin səhvi sözünü dedi. Bunların üzərində işləyəcəyik. Dörd medal qazandıq və komanda hesabında 3-cü yeri tutduq. Bu, çox böyük nəticədir. Hər kəsi təbrik edirəm".

Sonda dünya çempionu Həsrət Cəfərov yarışdakı çıxışı haqqında danışıb:

"Şükürlər olsun ki, dünya çempionu ola bildim. Ağır görüşlərimiz oldu. Komanda hesabında 3-cü yeri tutduq. Üzərimdə əziyyəti olan bütün məşqçilərə təşəkkürümü bildirirəm. Təbii ki, finalda erməni güləşçiylə qarşılaşanda fərqli hisslər keçirirdim. Bu qələbəmi şəhidlərimizə həsr edirəm. Əvvəlcə MDB Oyunlarında bu nəticəni təkrarlamaq istəyirəm. Daha sonra isə böyüklərin dünya çempionu olmağı hədəfləyirəm".

Xatırladaq ki, dünya çempionatında Həsrət Cəfərov (67 kq) qızıl, Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) və Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Komandamız 101 xalla dünya 3-cüsü olub.


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

12:17

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

Facebookdan bizi izləməyi unutmayın.
X