"Parma"nın qələbə qolu Canluici Buffonu (Gianluigi Buffon) çox sevindirib.
Fanat.Az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 43 yaşlı qapıçı komandasının qol sevincini qeyd edərkən 100 metrlik meydanı 11 saniyəyə qət edib.
"Parma" rumınyalı futbolçusu Mixeile oyunun 93-cü dəqiqəsində komandasının yeganə qolunu vurub. Buna sevinən qapıçı Mixeile ilə sevincini bölüşmək üçün meydanın rəqibə aid olan istiqamətinə qaçıb.
Həmin maraqlı epizodun videogörüntüsünü təqdim edirik:
@gianluigibuffon, domenica scorsa, per andare ad esultare con i propri compagni ha registrato il suo Personal Best nei 100 metri 🏃🏻🏅
— Parma Calcio 1913 (@1913parmacalcio) September 6, 2021
Vedere per credere 😱😍👏🏻📹⤵️@FilippoTortu, un giudizio sulla performance? 😉😋#ForzaParma #ParmaBenevento pic.twitter.com/C17yGDykmu
Xatırladaq ki, İtaliyanın II Divizionu sayılan B Seriyasında çıxış edən "Parma" "Benevento" ilə qarşılaşmada 1:0 hesabı ilə qələbə qazanıb.
Emin Şəmsiyev