Türkiyə Super Liqasının V turunda "Qalatasaray" "Alanyaspor"u qəbul edib.
Fanat.Az xəbər verir ki, oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 87-ci dəqiqədə Daniel Kandeyas imza atıb.
Qeyd edək ki, "Alanyaspor"un baş məşqçisi "Qalatasaray"ın əfsanəvi kapitanı Bülent Korkmazdır. O, 1985-2005-ci illərdə İstanbul klubunda çıxış edib, 2009-cu ildə komandanın baş məşqçisi olub. Bülent Korkmaz 2009-2010-cu illərdə "Bakı" klubunu da çalışdırıb.