14:18 25.12.2021 527

Millimizin sabiq oyunçusu: “Peşmanlıq hissi keçirmirəm”

Artıq 2 ildir Namiq Məmmədkərimovun adı futzal millimizin heyətində yoxdur. 2019-cu ildə yığma karyerasını bitirən təcrübəli futzalçını bəlkə də hələ heyətdə görə bilərdik. Ancaq o, millidəki karyerası ilə bağlı qərarını verdi və hazırda ölkə çempionatında "Ekol”un formasını geyinir. 

Bu üzdən Namiqlə söhbətimizin maraqlı olacağını düşündük. 41 yaşlı Məmmədkərimov Qaynarinfo-ya müsahibəsində karyerası ilə yanaşı, həm yığma, ölkə çempionatı, həm də futzalımızın perspektivi ilə bağlı sualları cavabladı:

- Artıq 2 ildir ki, yığmadakı karyeranızı bitirmisiniz. O formanı geyindiyiniz günlər üçün darıxırsınızmı?
- Əlbəttə, hamı kimi mən də millinin formasını geyinmək üçün darıxmışam. Çox gözəl günlərimiz olub. Məşq prosesindən tutmuş, kollektivə qədər. Adam əvvəlki illər üçün darıxır. Amma nə edək, yaş sözünü deyir. Düzdür, oynamaq olardı. Hazırda klubdayam. Həmkarım Rizvan Fərzəliyev də hələ oynayır (gülür). Məndən 1 yaş böyükdür. Bilirsiniz necədir, özünə güvənirsənsə, məşq proseslərinin hamısında iştirak edirsənsə, heç kimdən geri qalmırsansa oynamaq olar. Sadəcə, bəzi səbəblərə görə belə qərar verdim. Belə deyim var ki, vaxtında bitirmək yaxşıdır. Götür-qoy etdim, qərar verdim ki, bitirim. Slovakiya ilə seçmə mərhələ matçından əvvəl rəhbərliyə müraciət ünvanladım. Fikrimi qəbul etdilər və yığma ilə vidalaşdım. 

- Qeyd etdiyiniz kimi, Rizvan 1 yaş böyük olmasına baxmayaraq, hələ də komandaya köməyini əsirgəmir. Davam etmək imkanınız vardı, yoxsa fiziki cəhətdən artıq özünüzü hazır saymırdınız?
- Böyük problemlər yox idi. Azdan-çoxdan bilirsiniz, mən fiziki cəhətdən bir sıra uşaqlardan, hətta Rizvandan da geri qalmırdım. Elə indi də formadayam, "Ekol”da oynayıram. Bilirsiniz necədir, bir qədər həvəsdən düşdüm. Məşqçi az oynadanda fikirləşirsən ki, sənə ehtiyac yoxdur.  Adam həvəsdən düşür. Əslində belə olmamalıdır. Peşəkar oyunçularıq. Ehtiyatda qalmaq istəmirdim. Ona görə də getməklə bağlı təəssürat yarandı. Ancaq həmişə məşqçinin fikirlərinə hörmətlə yanaşmışam. Nə zaman meydançaya buraxıblar oynamışam, etirazımı bildirməmişəm. İşimə peşəkarlıqla yanaşmışam. Bəzən məni oynatmayıblar. Amma sonra baş məşqçiyə yaxınlaşıb sözümü demişəm. Elə vaxt olub ki, məşqçi məni oyuna buraxmamaqla səhv etdiyini deyib. Bəzən də məni oynatmağa lüzum görmədiyini və növbəti matça hazırlaşmağımı söyləyib. Peşəkar kimi bir-birimizi başa düşmüşük.

- Oynamaq baxımından məşqçinin sizə münasibətindən narazı idiniz?
- Bəli, narazı idim, məni az oynadırdı. 

- Bəzən yığma karyeranızı bitirdiyiniz üçün peşmanlıq hissi keçirirsiniz?
 - Vaxtilə Rəcəb Fərəczadə mənə karyerasını bitirəcəyini deyəndə, cavab verirdim ki, hələ tezdir. O, məşq prosesində bu baxımdan "axsayırdı”. Zədələri çox idi. Ondan sonra mən neçə illər oynadım. Deməli, yenə də oynaya bilərdim. Sualınızı cavablandırım, düşünürəm ki, vaxtında bitirmişəm. Peşmanlıq hissi keçirmirəm. Ancaq arada yığmanın oyununa baxanda adam özünü orada görmək istəyir. Yenə də təəssüflənmirəm, geci, tezi var. Qərarı özün verməlisən. 

- Yığmadakı karyeranızın hansı hissəsini özünüz üçün ən uğurlu dönəm hesab edirsiniz və nə üçün?
- 2010-cu il. Çox əla, güclü heyətimiz vardı. Hamı bir nöqtəyə vururdu. Başqa söhbət ola bilməzdi. Heç kim digərindən narazılıq etməzdi. Yalnız məşq proseslərində komanda yoldaşına iradlar tuta bilərdin. Bunun nəticəsi idi ki, Macarıstandakı oyunlarda yalnız üçüncü yer uğrunda matçda Çexlərə uduzduq. Hansı ki, qrup mərhələsində onları məğlub etmişdik. Həmin vaxt Biro Jade kimi aparıcı oyunçularımız vardı. İndi də legionerlər oynayır. Heyətdə 5 braziliyalı, bir iranlı var. 

- Sizin dönəminizdəki yığma ilə indiki arasında hansı fərqləri görürsünüz, dəyişiklik çoxdur?
- Əlbəttə, 2010-cu ildəki kollektiv daha yaxşı idi. Düzdür, hazırkı kolletivin içində olmasam da, uşaqlarla görüşürəm. Şəxsi fikrimdir, əvvəlki ab-hava yoxdur. Birlik məsələsində fərq var. Elə görünür ki, indiki heyətdə hamı bir-birindən narazıdır. Bizim vaxtımızda isə narazılıq yox idi. Bilirdik ki, filankəs liderdir, biz yalnız ona kömək edə bilərik. Hərə öz bacarığını ortaya qoydu və nəticə oldu. Düzdür, komanda sonradan dünya çempionatının final mərhələsinə də vəsiqə qazanmışdı. Kolumbiyada keçirilən yarışda da pis oynamadılar. 

- Yanvarda Niderlandda keçiriləcək AÇ-nin final mərhələsində mübarizə aparacağımız Gürcüstan, İspaniya, Bosniya və Hersoqovina qarşısında şanslarımızı necə dəyərləndirirsiniz?
- İspanlarla sonuncu dəfə 2018-ci ildə oynamışıq. Həmin vaxt mən millidə idim. İspanlardan danışmağa dəyməz (gülür). Çünki dünyada 3 ən güclü komandadan biridir. Hegemonluğunu irəli sürən millidir. Öz oyun üslubu, dəst-xətti var, futzalçılarının keyfiyyəti çox yüksəkdir. Gürcüstan da güclü komandaları məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Azərbaycanda oynamış bəzi braziliyalı oyunçular var ki, hazırda Gürcüstan millisinin heyətindədir. Özü də oyunlarına baxmışam, inkişaf gedir. Enişdə deyillər. Son bir həftədə Uilyams adlı braziliyalını da milliləşdiriblər. Onların heyətində də braziliyalılar çoxalır. Yəqin ki, məqsədlidirlər. Şansları var, çətin oyun olacaq. Zəif demirəm, bir az ortabab komanda Bosniya və Hersoqovinadır. Ancaq onları da boş buraxmaq lazım deyil, çünki yaxşı oyunçuları var. Bu rəqibə qarşı istədiyimiz oyunu göstərə bilərik. Gürcülərə qarşı Ukrayna ilə oynadığımız kimi oynasaq, çətin olacaq.
 
- Komandamız bu yaxınlarda Ukrayna ilə keçirilən iki yoldaşlıq matçında qüvvəsini sınadı 1:5 və 0:4 hesabı ilə məğlub oldu. Hazırda nə çatmır komandada?
- Uşaqlarla söhbət etmişəm. Məşq proseslərinin azlığı ilə bağlı çatışmazlıqlar var. Qalo, Fineo heyətə gec qoşuldu. Edunun zədəsi olduğu üçün gəlməmişdi. Bilirsiniz ki, "Araz Naxçıvan” bazadır. Millinin futzalçıları orada oynayır. Digərləri gec qoşulmuşdu deyə bir-birilərini başa düşmürdülər. Bunu baş məşqçi də dedi ki, onlar öz komandalarında fərqli taktika ilə oynayırlar. Amma millimizin taktikası başqa idi. Bizdə topu orta zonada qəbul etmək, rəqib oyunçu ilə eyni qaçmamaq tapşırığı vardı. Rəqib bir oyunçumuzu keçirsə, digəri gəlib onu sığortalamalıdır. Alesionun taktikası, sistemi belə idi. Hücumda da hamı iştirak etməlidir. Onu misal çəkərdim ki, məşq prosesləri az olduğundan uşaqlar bir-birini başa düşmürdülər. Bir də yeni qoşulanlar yorğun görünürdü. Çünki İspaniyada oyunlar tez-tez keçirilir. Qalo özü də bildrmişdi ki, Çempionlar Liqasında oynayırlar. Özüm də baxmışam oyunlarına, əməlli-başlı "qırğın” gedir. Çempionlar Liqasının ardından İspaniya çempionatında da oynayırlar. Ona görə də yorğun görünürdülər. 

- Heyətdə legionerlər olmasına baxmayaraq, son illərdə millidə geriləmə hiss olunur. Bunu nə ilə əlaqələndirmək mümkündür?
- Geriləmə deməzdim, sanki bir qədər arxayınlıq var. Çempionatın da buna təsiri var. Məsələn, "Araz Naxçıvan”, "Ekol” və "Neftçi” arasında  ciddi rəqabət gedir. Digər komandaların xətrinə dəymək istəməzdim, amma onlarla qarşılaşanda həmin rəqabəti görmürsən. Səbəb bəzi klubların zəif olmasıdır. Məsələn, "Araz Naxçıvan” "Xilə” ilə oynayanda həmin rəqabəti hiss etmir. Rəqabət olanda futzalçı istər-istəməz formada qalır. Belədə xaricdən qayıdanlar üçün də rahat olur. Əslində, millimizin Ukraynaya uduzmağı yaxşı oldu ki, səhvlərinin üzərində işləsinlər. Hələ vaxt var, yeni ildən sonra yığışacaqlar. 
 
- EKOL-un mövsümün fasiləyə qədər olan hissəsindəki çıxışını necə dəyərləndirirsiniz?
 - EKOL-da komanda olaraq hər şey yaxşıdır. Ancaq düzünü demək istəyirəm ki, məşq prosesləri azdır. Mən "Araz Naxçıvan”da olanda səhər də məşq edirdik, axşam da. Məşq bir dəfə olan günlərdə isə 2 saat yarım çəkib. EKOL-da bu baxımdan məşqin az olması öz sözünü deyir. Düzdür, hərə öz üzərində çalışır. Mən təcrübəm sayəsində müəyyən çatışmazlıqları bağlaya bilirəm. Amma hər futzalçı bunu edirmi? "Araz Naxçıvan”la oyuna çıxanda fərq bilinir. Ona görə də çatışmazlıqları aradan qaldırmaq üçün əlavə məşqlər etmək lazımdır. Qalan hər şey yaxşıdır.

- Çempionluq şanslarınız haqda nə düşünürsünüz? 
- Açığı, bunu demək çətindir. Təəssüf ki, əvvəlki çempionatlarda şanslarımızdan istifadə edə bilmədik. Buna baxmayaraq, birinci yer uğrunda mübarizə aparırıq.

- Ölkədə futzalçı yetişdirmək baxımından vəziyyət necədir?
- Ən yaralı yerimizdir. Özünüz də yaxşı bilirsiniz ki, futzalçı yetişməlidir. Mən, Rəcəb, Vitali millidən gedəndən sonra Ramizgil gəldi. Səhv etmirəmsə, Rizvan Fərzəliyevin də sonuncu Avropa çempionatıdır. Bizdən sonra gələn nəslin də az yaşı yoxdur. Hamısı 30-u keçib. Təzə uşaq gəlməlidir ki, məşqçi milliyə layiq oyunçu seçə bilsin. Futzalı inkişaf etdirmək mütləq lazımdır. Bu olsa, hamımız işləyərdik. Hərəmiz bir yaş qrupundan uşaq seçərdik. Düşünürəm ki, bu, mütləq olmalıdır. Mən şəxsən yığmaya layiq futzalçı yetişdirildiyini görmürəm. U-19 var, deyək ki, bir-iki nəfər ordan götürdülər. Bəs qalanı? U-19 çempionatda oynayır, hətta oradan iki futzalçını da millinin düşərgəsinə dəvət emişdilər. Yenə də azdı. Seçim çox olmalıdır ki, məşqçi uşaq götürə bilsin, rəqabət yaransın. 

- Öz karyeranız haqda nə düşünürsünüz?
 - Hələ ki, oynamaq istəyirəm. Rizvan deyir ki, sən karyeranı nə vaxt bitirsən mən də bitirəcəm (gülür). Belə zarafatlarımız olur. Amma o deyib ki, sona qədər gedəcək. Mənim də karyeramı bitirəndən sonra məşqçiliyə başlamaq, uşaq futbolunda çalışmaq planlarım var. 

- Bundan sonra daha neçə il oynamaq fikrindəsiniz?
- Allah bizi zədədən qorusun. Görsəm ki, məşqdə "çatdırmırıq”, yanımızdan rahat keçirlər, o zaman sağollaşaram. Amma hələ ki, elə bir gənc görmürəm. Gücüm var, oynamaq, karyeramı bitirdikdən sonra isə uşaq futbolunda məşqçi kimi çalışmaq istəyirəm. 

- Məşqçilik təklifi almısınız?
- "Sumqayıt”ın aşağı yaş qruplarında məşqçi kimi çalışmağı təklif etmişdilər. Amma vaxtım olmadı. Toplanış olur, hər gün məşqlər keçirik. Böyük futbolla futzalda uşaq futbolunun təməli eynidir. Topu ayağın "içi” ilə qəbul etmək, "çölü” ilə aparmaq, qaçmaq filan… Xırda şeyləri bütün futbolçular uşaqlara öyrədə bilər. Oxumaq isə sonrakı mərhələdir. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

Facebookdan bizi izləməyi unutmayın.
X