11:52 05.04.2022 958

Avropa çempionu olan millimiz vətənə qayıtdi - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün Vətənə qayıdıb.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 qızıl, 1 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığma komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançılar qarşılayıb.

Baş məşqçi Aleksandr Tarakanovun yarış təəssüratları belə olub:

“İlk dəfə komanda hesabında Avropa çempionu olduq. Bunda həm güləşçilərin, həm məşqçilərin, həm də federasiya rəhbərliyinin əməyi var. Bu, bizim ümumi qələbəmizdir. Hamımız bu nəticəyə görə sevinirik. Bizə dəstək verən, bizim üçün həyəcan keçirən hər kəsə təşəkkürümü bildirirəm. Bu dəstək bizim üçün çox vacib idi”.

Daha sonra 3-cü dəfə Avropa çempionu olan Rafiq Hüseynov fikirlərini bildirib:

“Əlbəttə, təəssüratlarım yüksək səviyyədədir. Bu uğura imza atdığım üçün çox sevinirəm. Azərbaycan xalqını və doğmalarımı sevindirdiyim üçün şadam. Həm özümə, həm də komanda yoldaşlarıma görə sevinirəm. Heyətimizin 70 faizi gənc güləşçilərdən ibarətdir. Veteranlar öz sözlərini dedilər. Ancaq gənclər də bizdən geri qalmadı. Sevinirəm ki, güləşimiz əmin əllərdədir. Karyeramızı bitirdikdən sonra gənclər yolumuzu layiqincə davam etdirə biləcəklər. Əlbəttə, komandanın heyəti tam oturuşub. Bilirsiniz ki, qarşıda bizi mötəbər yarışlar gözləyir. Bunlardan da ən önəmlisi komanda yarışı olan Dünya Kubokudur. Bu üzdən bizim üçün heyətin oturuşması lazımdır. Fikrimcə, komanda artıq hazır vəziyyətdədir. Bu nəticələr göstərir ki, cənab Prezidentin səyi nəticəsində federasiyada aparılan islahatlar boşa getməyib. U-23 Avropa çempionatında və bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin qazandığı uğurlar doğru yolda olduğumuzu göstərir. İslahatlar öz sözünü deyir. İdmanda yüksəlişlər olduğu kimi, eniş də olur. Hər şey istədiyin kimi olmur. Nəticə vermişəm, hələ ki, karyeramı davam etdirirəm. Sabah məndən güclü idmançılar olacaqsa, məşqçilik fəaliyyətinə başlayacağam. Rövşən Bayramov və Həsən Əliyev kimi məşqçilərlə birgə millidə gənclərə bilik-bacarığımı çatdıracağam”.

Dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olan Eldəniz Əzizli yarışdakı çıxışını belə dəyərləndirib:

“Yarış bizim üçün yaxşı keçdi. Rafiq güləşin bu növündə ilk 3 qat Avropa çempionumuz oldu. Mən isə yunan-Roma güləşində ən çox AÇ medalı qazanan idmançı oldum. 6-cı dəfə Avropa çempionatında medal qazandım. Rekordlarla dolu bir yarış oldu. Bunun ardını gətirmək lazımdır. Arxayınlaşmaq olmaz. Bizi qarşıda İslam Həmrəyliyi Oyunları və Bakıda keçiriləcək Dünya Kuboku kimi mötəbər yarışlar gözləyir. Gələn il isə Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatı keçiriləcək. Sevindirici haldır ki, artıq komandada gənc idmançılar da sözünü deməyə başlayır. Son 3 ildə yarımfinallarda məğlub olurdum. Bunun hansısa xüsusi səbəbi yox idi. Qismət beləymiş. Allaha həmd olsun, bu il həm yarımfinalda, həm də finalda qalib oldum. Bir şeyi də qeyd edim ki, 23 illik karyeram boyunca gümüş medalım olmayıb. Ya çempion olmuşam, ya da bürünc medal qazanmışam. Bu ənənə davam edir”.

Sonda Avropa çempionatını gümüş medalla başa vuran Taleh Məmmədov bunları deyib:

“Komanda hesabında Avropa çempionu olmağımız münasibətilə Azərbaycan xalqını və bütün güləşsevərləri təbrik edirəm. Daha öncə AÇ-də gümüş və bürünc medal qazanmışdım. Bu dəfə məqsədim qızıl medal idi. Ancaq qismət olmadı. Bir qədər zədələrim buna imkan vermədi. Qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatına və Bakıda keçiriləcək Dünya Kubokuna daha da yaxşı hazırlaşıb, qızıl medal qazanmaq istəyirəm. Erməni güləşçi idmançıya yaraşmayan hərəkətlər edirdi. Ancaq onun bu davranışları mənə heç bir təsir göstərmədi. Ötən il Avropa çempionatında da Qraçya Poqosyana qalib gəlmişdim. Yəqin ki, ardıcıl 2-ci məğlubiyyəti həzm edə bilmədi. Bəlkə də fikirləşirdi ki, mən də ona qarşı artıq hərəkət edərəm, ikimizi də yarışdan uzaqlaşdırarlar. Səbr etdim və qələbəmlə onun cavabını vermiş oldum”.

Xatırladaq ki, qitə birinciliyində Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

Facebookdan bizi izləməyi unutmayın.
X