Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Serbiyada Belarusla üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb.
Oyundan sonra millimizin İtaliyalı çalışdırıcısı ənənəvi mətbuat konfransına qatılıb:
"Oyuna olduqca pozitiv start verdik. Komanda olaraq inkişaf edirik. Qapıya 15 zərbə endirdik, amma təəssüf ki, qol vura bilmədik. Bura qələbə üçün gəlmişdik. Sonda 10 nəfərlə davam etmək çətinlik yaratdı".