Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda "Dalğa Arena"da Slovakiya millisini qəbul edib. Oyun qonaqların 1:0 üstünlüyü ilə sona çatıb.
Oyundan sonra Slovakiya millisinin çalışdırıcısı Samuel Slovak ənənəvi mətbuat konfransına qatılıb:
"Oyunun tempini təyin edən tərəf biz olmaq istəyirdik. Matçın əvvəlində istədiyimiz alındı. Sonradan sürəti azaltsaq da, yekunda bunu bacardıq. İkinci hissədə oyunumuzu canlandı və daha yaxşı hücumlar etdik. Nəticədə qarşıya qoyulan hədəfə çatdıq".