
Zinəddin Zidan gələcəkdə PSJ-də çalışmaq ehtimalını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "L'Equipe" nəşri 50 yaşlı fransalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Heç vaxt "heç vaxt" demə. Baş məşqçi kimi 50 kluba gedə bilmirəm. Hazırda planlarım və məqsədim başqadır".
Xatırladaq ki, Zinəddin Zidan 2021-ci ilin yayından "Real Madrid"dən ayrıldıqdan sonra klubsuzdur.
Daha əvvəl PSJ-nin prezidenti Nasser Al-Xelaifi Zidanla danışıqlar aparmadığını bildirmişdi. Lakin Zizu təklifi geri çevirib. Bildirilir ki, o, Fransa yığma komandasının baş məqşçisi postuna keçmək niyyətindədir. Buna görə də Zidan DÇ-2022-nin başa çatmasını gözləyəcək.
Emin