16:01 21.07.2022 1135

"Ən gözəl idmançı" yarışında onunla rəqib ola bilərik" - MÜSAHİBƏ

Karate üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü, İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Fəridə Əliyevanın Fanat.Az-a müsahibəsi

- Karateyə gəlişiniz barədə danışarsınız. Necə oldu ki, bu idman növünü seçdiniz?
- Karate öz seçimim olmayıb. Mən əvvəl bir yaş böyük qardaşımla rəqsə gedirdim. Sonra qardaşım dedi ki, mən daha aqressiv işlərlə məşğul olmaq istəyirəm. Bizdə də uşaqlıqda vəziyyət elə idi ki, birimiz hardaydıqsa, digərimiz də orada olmalıydıq. Beləcə, ikimizi də rəqsdən çıxardıb karateyə yazdırdılar. 

- İdmançıların çoxu uşaq vaxtı dəcəl, ipə-sapa yatmaz olurlar. Bəs sizin uşaqlığınız necə keçib?
- Doğrudur, adətən dəcəl uşaqları idmana yönəldirlər. Amma mən əksinə, çox sakit uşaq olmuşam. Ağzı var, dili yox - hətta o dərəcədə sakit olmuşam. Anam indi deyir ki, o vaxt böyüyəndə də elə olacağından qorxurdum. 

- Karate və digər döyüş idman növlərinin adı çəkilərkən, əksəriyyətin ağlına oğlanlar gəlir. Sizə "Qız hara, karate hara?" deyən olub?
- Təəssüf ki, bu, Azərbaycan reallığı üçün keçərlidir. Xaricdə "idman" deyiləndə ağıla oğlan gəlmir. Bu da mentalitetdən qaynaqlanır. Bizdə əksəriyyət o fikirdədir ki, qadın evdə oturub gündəlik məişət işi görər, yemək bişirər, uşağa baxar. Bəli, çox olub mənə də "Qız hara, karate hara?" deyənlər. Ancaq əsas olan ailədir. Ailə dəstək olduqdan sonra kənardan söylənilənlərin heç bir önəmi yoxdur. Sevindiricidir ki, cəmiyyətimizdə son illərdə müsbətə doğru dəyişikliklər müşahidə olunur.  

- Bir xanım üçün idmançı olmağın başqa hansı çətinlikləri var?
- Fiziki baxımdan heç bir çətinliyi yoxdur. Psixoloji baxımdan müəyyən çətinliklər olur. Bu da dediyim kimi, cəmiyyətin yanaşmasından irəli gəlir. Bəzən də ailə qurmaq istəyən xanımlar idmanla məşğul olduqları üçün problemlərlə qarşılaşırlar.

- Adətən oğlanlar idmançı xanımlardan çəkinirlər. Karateçi olmağınız sizə ürəyini açmaq istəyən oğlanlara mane olmayıb?
- Ola bilər ki, hansısa xanım idmançıya oğlan ürəyini açmağa qorxub. Amma mənim ətrafımda elə adam olmayıb ki, çəkinsin. Çünki mənə ürəyini açmaq istəyən adam xarakterimə bələd olub. Digər idmançılar kimi aqressiv olmadığımı bilib. Mən də həmişə normal qaydada, heç bir tərs reaksiya olmadan cavab vermişəm. 

- İdmançı oğlanla ailə qurarsınız?
- Sözün açığı, xeyr.

- Niyə?
- Yumşaq desək, dünyagörüşləri fərqli olur. İdmançılarda özümü tapa bilmirəm. Açığı, mən özümü çox da idman aləminə aid etmirəm. Ailə həyatı da kifayət qədər mürəkkəb məsələdir. Ancaq yenə də əvvəlcədən qəti danışmayım, həyatdır, hər şey ola bilər (gülür).

- Artıq neçə illərdir ki, yığmanın üzvüsünüz.  Karyeranızı nə dərəcədə uğurlu hesab edirsiniz?
- Ətrafımdakı insanlar karyeramı kifayət qədər yüksək dəyərləndirirlər. Uzun müddətdir öz çəki dərəcəmdə yığmanın əvəzolunmaz üzvü olmağım, İslam Oyunlarının, gənclər arasında dünya çempionatının medalı onların gözündə böyük görünür. Mən isə bu nəticələri yüksək saymıram. Hesab edirəm ki, çox daha yaxşısını bacara bilərdim. Ali təhsil almağım məni idmanda geri salıb. Bəzi zədələrdən sonra daha ehtiyatlı davranmaq məcburiyyətində qalmışam. Müəllimlərimin dediyinə görə bəzən tənbəllik edirəm. Açığı, haqlıdırlar da. Deyirlər, karateyə daha diqqətlə yanaşsan, səndə azı iki dəfə dünya çempionu olacaq potensial var.

- Azərbaycanda idmançı xanımların əksəriyyəti ailə qurduqdan sonra karyeralarını bitirirlər. Sizin bu yöndə fikirləriniz nədir?
- Razıyam ki, xanım üçün idmanın çətinlikləri ailə qurduqdan sonra daha da artır. Ailə qurduqdan sonra insan istər-istəməz öz həyatından nələrisə kəsib atmalı olur. Mən idmançı kişilərin də həyat yoldaşlarına, onların səbrinə, dözümünə qibtə edirəm, açığı. Uzun müddət səfərlərdə, təlim-məşq toplanışlarında oluruq. Buna mənim ailəm dözür, amma həyat yoldaşım inanmıram ki, dözər. Ola bilər, anlayışlı insan olsun. Amma mən özüm də düşünürəm ki, idman bir yerə qədər olmalıdır.

- Daha neçə il karatedə qalmağı düşünürsünüz və hədəfləriniz nədir?
- Qısa müddət üçün əsas hədəfim İslamiadada qalib olmaqdır. Bakıda uduzduğum türkiyəli idmançıdan revanş almağı, onun ölkəsində "gümüş"ü "qızıl"a çevirməyi çox istəyirəm. Ötən beş ildə onunla heç bir yarışda üz-üzə gəlməmişik. Bu baxımdan onunla yenidən görüşmək mənə çox maraqlı gəlir.

- İdmançıdan çox modelə oxşayırsınız. Kinoya, klipə, reklama çəkilmək təklifi olsa, razılaşarsınız?
- Çox gözəl olduğumu düşünmürəm. Sadəcə, idmançı bir xanıma görə daha incə sayıla bilərəm. Düzü, çox təkliflər almışam. Bu yaxınlarda idman kanallarımızın birindən təklif gəlmişdi. İdmana görə "yox" deməyə məcbur oldum. Həm açığı, bu tip işlər məndə uğurlu alınarmı, alınmazmı deyə, narahatam. Bunun üçün hələ üzərimdə işləməliyəm. Amma sözün düzü, planlarım başqa yöndədir.

- "Ən gözəl idmançı" seçimi olsa, qalib olmaq şansınız çoxdur. Bəs maraqlıdır, kimi özünüzə rəqib görürsünüz?
- Düşünürəm, mən azərbaycanlı insanların zövqünə çox da uyğun deyiləm. Yəni məncə, belə yarış olsa, heç finala da qalmaram (gülür). Azərbaycanda gözəl xanım idmançılar çoxdur. Onların arasında Azərbaycan əsilli olmayanlar da var. Taekvondodan olimpiya mükafatçısı Patimat Abakarovanı xüsusi qeyd edərdim. Məncə, onunla rəqib olarıq. 

- Beşqat dünya çempionluğu, ya bir olimpiya çempionluğu?
- Belə başa düşdüm ki, sualı bizim əfsanəvi idmançımız Rafael Ağayevə nəzərən verirsiniz. İdmançı üçün hər iki yarışın medalı önəmlidir. Hər iki yarışın əhəmiyyəti olduqca böyükdür. Düşünürəm, qazandığı hər medalın dəyərini bilən, bundan həzz alan idmançı üçün beşqat dünya çempionluğu daha üstündür. Məncə, Rafaeldən də soruşsanız, o da eyni cavabı verər.

- Çox güman ki, son Olimpiadanı izləmisiniz. Sizcə, İrina Zaretska və Rafael Ağayevdə son nöqtəni qoymaq üçün nə çatmadı?
- Hər iki idmançımız dünya liderləri arasındaydı. Hər ikisinin də Olimpiadaya necə hazırlaşdığına canlı şahidəm. Hamı bilir ki, Rafael bu yaşına kimi karatedə olimpiya medalına görə qalmışdı. Onun bu mükafatı, çempionluğu necə istədiyini bütün ölkə bilirdi. Sadəcə, şans gətirmədi. İrinanın isə olimpiya çempionluğu üçün sadəcə, iki saniyəsi çatmadı. Vaxt bitməsəydi, son anda endirdiyi zərbə üç xalla qiymətləndiriləcəkdi.

- Təəssüf ki, karate növbəti dəfə Olimpiadanın proqramımda yer almayacaq. Etiraf edək ki, Tokio-2020-nin proqramında yer alması karatenin populyarlığını daha da artırmışdı. Belə bir yüksəlişdən sonra məşğul olduğunuz növün yenidən qeyri-olimpiya növünə çevrilməsi bir karateçi kimi sizin motivasiyanıza necə təsir edir?
- Karate olimpiya növü olmasa belə, hər zaman maraq doğuran idman növüdür. Karatenin fanatları daim olub. Bu da keçmişdən üzü bu yana şərq əlbəyaxa döyüşləri ilə bağlı çəkilmiş filmlərdən irəli gəlir. Məncə, karate olimpiadada da özünü doğruldan idman növü oldu. Sevə-sevə izlənildi. Düşünürəm, 2028 və ya 2032-ci illərdəki oyunlarda yenidən proqrama salınacaq.

- Çox da yüksək nailiyyətlərlə yadda qalmayan idmançılar adətən məşqçi kimi özlərini doğruldurlar. Özünüzdə yaxşı məşqçi potensialı görürsünüz?
- Görürəm. Amma planlarım bu yöndə deyil.

- Azərbaycanda ən çox bəyəndiyiniz idmançı kimdir?
- İdmandakı uğurlarına görə, Rafael Ağayev, İrina Zaretska, Elnur Məmmədli, Rafiq Hüseynov, Hacı Əliyevin adını çəkə bilərəm. Amma heç biri ilə şəxsi münasibətim olmadığına görə, xarakter baxımından qiymətləndirə bilməyəcəyəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X