Böyük Britaniyanın atletika üzrə keçmiş məşqçisi Toni Miniçello idmandan ömürlük uzaqlaşdırılıb.
Fanat.Az "Sky News"a istinadən xəbər verir ki, mütəxəssis çoxsaylı seksual xarakterli davranış, o cümlədən təhqir, emosional təzyiq və idmançıların şəxsi həyatına hörmətsizlikdə təqsirli bilinib.
Qeyd edək ki, Toni Miniçello 2012-ci ildə Londonda keçirilmiş olimpiadada heptatlon növündə qızıl medal qazanan Cessika Ennis-Hillin məşqçisi olub.