"Barselona"nın hücumçusu Usmane Dembele komandasını Çempionlar Liqasının favoritlərindən hesab etməsinin səbəbini açıqlayıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı forvard həmçinin "Bayern Münhen"lə matçlar öncəsi qorxmamasından danışıb.
"Barselona Çempionlar Liqasının favoritlərindən biridir. Bu komanda həmişə "Real Madrid" və ya "Liverpul" kimi digər böyük komandalarla birlikdə favoritlərdən biri olub. Mövsümə güclü başlamalıyıq.
"Bayern"dən qorxmuruq. Onları məğlub etmək istəyirik, çünki "Bayern" bizi keçən il, o cümlədən əvvəlki il də məğlub etmişdi”, - deyə Dembele bildirib.
Emin