UEFA Avropa Liqasında qrup mərhələsində oyunlar start götürüb.
Fanat.Az xəbər verir ki, ilk turun bütün görüşləri eyni gündə keçirilib.
G qrupunda yer alan Azərbaycan təmsilçisi "Qarabağ" Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzub. "Köhlən atlar"ın yer aldığı qrupdakı digər komandaların - "Nant"la "Olimpiakos"un Fransada baş tutan görüşündən də meydan sahibləri 2:1 hesabı ilə qalib ayrılıblar.
Türkiyə klublarından "Fənərbağça" "Dinamo Kiyev"i əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulan qolla üstələyib. Bu komandalar arasında Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutan görüçdə İstanbul klubu iki oyunun (0:0, 1:2) nəticəsinə görə uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşmışdı. Üstəlik, İstanbuldakı cavab oyunu zamanı azarkeşlərinin Rusiya prezidenti Vladimir Puitinlə bağlı şüarlar səsləndirdiyi üçün qınağa tuş gəlmişdi.
Digər Türkiyə təmsilçisi, son ölkə ölkə çempionu "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"la bacarmayıb - 2:3.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
A qrupu
"Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) 1:2
Qollar: Kryuezyu, 44-pen. - Markinyos, 16, Nketia, 62
PSV (Niderland) - "Budyo Qlimt" (Norveç) 1:1
Qollar: Qakpo, 63 - Qronbaek, 44
B qrupu
AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) 1:2
Qollar: Oyer, 33 - Teate, 29, Assinyon, 90+4
"Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) 2:1
Qollar: Qustavo, 35, Batşuayi, 90+3 - Tsıqankov, 63
C qrupu
"Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) 2:1
Qollar: Kalu, 72, Nonato, 88 - Şomurodov, 86
HİK (Finlandiya) - "Betis" (İspaniya) 0:2
Qollar: Joze Villian, 45+3, 64
D qrupu
"Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) 0:2
Qollar: Rodriges, 30, Orta, 70-pen.
"Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) 0:1
Qol: Linen, 39
E qrupu
"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) 0:1
Qol: Mendes, 59
"Omoniya" (Kipr) - "Şerif" (Moldova) 0:3
Qollar: Akanbi, 2, Atimven, 55-pen, Diop, 76
F qrupu
"Latsio" (İtaliya) - "Feyenoord" (Niderland) 4:2
Qollar: Alberto, 4, Anderson, 15, Vesino, 28, 63 - Ximenez, 69, 88
"Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka) 1:0
Qol: Emeqa, 8
G qrupu
"Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 2:1
Qollar: Qrifo, 7-pen, Doan, 15 - Veşoviç, 39
"Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) 2:1
Qollar: Məhəmməd Mustafa, 32, Qessand, 90+3 - Mutussami, 51-öz qapısına
H qrupu
"Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa) 0:1
Qol: Embolo, 74-pen.
"Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə) 3:2
Qollar: Nquen, 5, 44, Traore, 29 - Qomes, 39, Bozok, 71