"Frayburq"un baş məşqçisi Kristian Ştrayx "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis görüşü belə şərh edib:
"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdik. "Qarabağ" güclü komandadır. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq. Qələbəyə layiq olduğumuzu düşünürəm.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdim. Ona Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim. Ölkənizin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".
Mütəxəssis qrupda favoritin olmadığını sözlərinə əlavə edib: "Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq".