Fransa çempionatında 7-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Loryan”a yenilib - 2:3. Matçın gedişinə gəlincə, 13-cü dəqiqədə hesabı açan “Nant” ardıcıl üç qol buraxıb və 85-ci dəqiqədə fərqi azaldıb.
7 tura 6 xal toplayan “Nant” Liqa 1-in turnir cədvəlində 20 iştirakçı arasında 15-ci pillədədir.
“Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə keçirəcək.
Nihat