13:58 03.11.2022 654

Millimizin mundial üçün heyəti açıqlandı - Olimpiya və dünya çempionları yoxdur

Noyabrın 14-də Meksikanın Qvadalaxara şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Taekvondo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 7 gün davam edəcək mundialda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Meksikada ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq.

Kişilərdən ibarət yığma baş məşqçisi Reza Mehmandust və böyük məşqçi Elnur Amanov dünya çempionatında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq) və Taleh Süleymanova (87 kq) şans verəcək.

Məşqçilər korpusu Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyəti ilə məsləhətləşdikdən sonra axırıncı aylarda toplanışlara qatılmayan və hazırda formasından uzaq olan ikiqat dünya çempionu Milad Beiqi Harçeqani (87 kq) ilə olimpiya çempionu Radik İsayevin (+87 kq) heyətinə daxil edilməsinə ehtiyac görməyib.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov isə Qvadalaxarada Minayə Əkbərova (46 kq) və Patimat Abakarovanı (49 kq) sınayacaq. Fəridə Əzizova (67 kq) zədəli olduğundan heyətdən kənar qalıb.

Dünya çempionatında ədaləti qoruyacaq referilər sırasında beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yer alacaq.

Komandaya ATF-nin vitse-prezidentləri Nağı Səfərovla Niyaməddin Paşayev rəhbərlik edəcəklər. 2023-cü ildə dünya çempionatı Bakıda keçiriləcəyindən yığma Meksikaya geniş tərkiblə yollanacaq. Bu səfər Qvadalaxarada mundial başa çatdıqdan sonra yarışın keçici bayrağının Azərbaycana verilməsinə və bir sıra texniki məsələlərlə bağlı fikir mübadiləsi aparılmasına hesablanıb.

Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.

Qeyd edək ki, taekvondoçularımızdan noyabrın 15-də Süleymanov, ertəsi gün Ağayevlə Abakarova, ayın 17-də Qafarov, bir gün sonra Həmidreza dayanq üzərinə çıxacaqlar.

Noyabrın 19-da Dadaşov, yarışın sonuncu günündə isə Maqomedovla Əkbərova mübarizə aparacaqlar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2026
13:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

11:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

19:51

"Mançester Yunayted"ə "Milan" müjdəsi

19:14

DÇ-2026: Almaniya, Niderland və İsveç səhnəyə çıxır

18:42

Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

18:13

London klubu fransız istedadın transferində sona yaxınlaşır

17:52

"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi üçün hərəkətə keçdi

17:26

Mundialda casusluq qorxusu: Belçika millisi rəsmən qapılarını bağladı

16:45

1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

16:29

ABŞ millisinin yarımmüdafiəçisi İngiltərə nəhənginin transfer hədəfidir

15:55

"Buna görə də Avstriya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

15:06

"Bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşıdır"

14:43

Arda Turan hamını qabaqladı

14:09

Ralf Ranqniklə müqavilə yenilədilər

13:51

Avropa Liqası: Azərbaycan millisi İspaniya ilə üz-üzə

13:17

Azərbaycan yığmaları yarımfinal oyunlarına çıxır

12:44

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X