Azərbaycan Taekvondo Federasiyasının və Azərbaycan Boks Federasiyasının prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Fanat.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Kəmaləddin Heydərovun sabah 60 yaşı tamam olur.