Bu gün Bakı Voleybol Mərkəzində qadın komandalar arasında Azərbaycan çempionatının final seriyasının ilk oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, üç qələbəyə qədər davam edəcək finalda “Azərreyl” və “Abşeron” üz-üzə gələcək.
“Abşeron” titulun hazırkı sahibi, “Azərreyl” isə son çempionatın gümüş medalçısıdır.
Finaldan əvvəl "Murov" və UNEC arasında üçüncü yer uğrunda görüş keçiriləcək. Bu seriya da üç qələbəyədək davam edəcək.
Final. İlk matç
15:00. "Azərreyl" - "Abşeron"
Üçüncü yer uğrunda görüş
17:00. "Murov" – UNEC