00:27 21.04.2023 300

Azərbaycan çempionatının qalibi bəlli oldu

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının qalibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın son matçları keçirilib. 

İlk olaraq meydana bürünc medal üçün yarışan "Neftçi" və MOİK klubları çıxıb. Əvvəlki iki qarşılaşmada uduzan MOİK bu oyuna daha yaxşı başlayıb və ilk seti 25:21 hesabı ilə qalib başa vurub. Lakin komanda üstünlüyünü qoruya bilməyib və gərgin keçən növbəti setlərdə "Neftçi" (25:22, 25:15, 28:26) hesabları ilə qalib gəlib. Bununla da 3 qələbə qazanan "Neftçi" Yüksək Liqanın bürünc medalına sahib çıxıb.

Daha sonra çempionluq üçün yarışan "Murov" və "Xarı bülbül" komandaları meydana çıxıblar. Cütün ilk iki oyunu "Murov"un qələbəsi ilə yekunlaşmışdı. "Xarı bülbül" qızıl medal uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin təşəbbüsü əldən verməyən “Murov” 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gəlib. 

Final mərhələsində üç qələbə qazanan "Murov" Azərbaycan çempionu adını qazanıb.

Beləliklə, "Murov" qızıl, "Xarı bülbül" gümüş və "Neftçi" bürünc medal qazanıb. MOİK isə Yüksək Liqanı dördüncü pillədə başa vurub.

Final matçından sonra Azərbaycan çempionatı Yüksək Liqa (qadınlar və kişilər) yarışlarının qaliblərinin mükafatlandırma və birinciliyin bağlanış mərasimi keçirilib.

Azərbaycan çempionatı
Yüksək Liqa (kişilər)
20 aprel

Üçüncü yer uğrunda (3-cü oyun)
“Neftçi” - MOİK 3:1 (21:25, 25:22, 25:15, 28:26)

Final (3-cü oyun)
“Xarı bülbül” - “Murov” 0:3 (16:25, 10:25, 16:25)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2024
00:55

AÇ-2024: Almaniya Şotlandiyaya rəhm etmədi 

14 İyun 2024
23:00

"Borussiya Dortmund" türkiyəli mütəxəssisə tapşırıldı

21:50

Ulduzu "Bayern"dən fantastik məbləğ tələb etdi - SON DURUM

20:40

London nəhənginin vingeri "Nyukasl"ın "radar"ında

20:00

Musa Qurbanlı "Qarabağ"da - RƏSMİ

19:07

Facoli ilk oyunu buraxacaq

18:55

20 yaşlı mərakeşli İngiltərə klubunda - RƏSMİ

18:22

"Qarabağ" növbəti transferini reallaşdırmaq üzrədir - SON DURUM

17:37

"Müdafiənin mərkəzində oynamağa üstünlük verirəm, amma.." - Benjamen Pavar

17:30

ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!

17:19

Almaniya nəhəngi əfsanəsindən ayrıldığını açıqladı

17:00

AFFA danışılmış oyunlarda günahlandırılan iki nəfərin şikayətini rədd etdi

16:42

"Sabah" legioneri ilə vidalaşdı

16:24

Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi

16:05

AFFA-da kadr "islahat"ı başladı

15:44

"Everton" kapitanı ilə anlaşdı - RƏSMİ

15:25

Kadinin agenti son vəziyyəti açıqladı

15:07

Azərbaycan samboçusu bürünc medal qazandı

14:49

La Liqa klubu Yorgensenlə anlaşdı

14:28

"Barselona" Vitor Rokeyə əvəzləyici tapdı - Cəmi 4 milyona

14:10

Millimiz irəlilədi - Reytinq

13:51

"Bizi favorit sayırlarsa..." - Usman Dembele

13:32

Minifutbol turniri keçirildi

13:13

Fransa millisi AÇ-2024-ün startı ərəfəsində ulduzunu itirdi

12:54

"Birini vursam, ardı gələcək" - Belçika millisinin forvardı

12:36

Neymar oynamaq arzusunda olduğu komandanın adını açıqladı

12:17

Bakıda məşqçi kurslarına yekun vuruldu

11:56

Robertson Almaniya ilə oyundan öncə belə danışdı

11:38

"CBC Sport" AÇ-2024-ün bu oyunlarını canlı yayımlayacaq - AÇIQLAMA

11:10

Fernandu Santuş Bakıda İdman obyektlərinə baş çəkdi

09:49

PSJ "Real"ın futbolçusuna elçi düşdü

09:00

"Macarıstana qalib gələcəyimizi demirəm, amma..." - Qranit Caka

08:02

"Bayer"dən yeni transfer - RƏSMİ

13 İyun 2024
22:30

"Albaniyanı da siyahıdan silmək olmaz" - Luis de la Fuente

21:32

"Xorvatiyanı məğlub etmək üçün..." - Daniel Olmo

20:18

Errera La Liqa klubu ilə müqavilə yenilədi

19:30

"ÇL-də 48 qələbəmiz var" - Laporta "malı mala qatdı" 

18:45

Stiven Cerard Fransa klubu ilə anlaşdı

18:11

Braziliyalı vunderkind İngiltərə klubunda - RƏSMİ

17:49

Dzanetti A Seriyası təmsilçisinin baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X