15:30 18.07.2024 671

Azərbaycanda 8 regional voleybol klubu yaradılıb

Azərbaycanda 8 regional voleybol klubu (RVK) klubu yaradılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Qərar AVF-nin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Tədbirdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, yüksək liqa komandalarının, regional voleybol klublarının rəhbərləri və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Baş katib bildirib ki, bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 RVK yaradılıb.

Bu gün yüzlərlə yeniyetmə paytaxtda və bölgələrdə voleybolla məşğul olur. Onların gələcəkdə klublarda çıxış etməsi və milli komandalara cəlb olunmasının vacibliyini vurğulayan Orucov bu məqsədlə RVK-lar və Yüksək Liqada çıxış edən klublar arasında müqavilələr imzalanacağını bildirib. Ardınca klub və RVK rəhbərləri bu məsələ ilə bağlı rəsmi sənədləri imzalayıblar.

Beləliklə, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “Azərreyl VK”nın, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) “Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın, “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.

Tədbirdə bu layihənin həm klub, həm də RVK-lar üçün böyük əhəmiyyət kəsb etdiyi, həmçinin Azərbaycan voleybolu üçün uğurlu olacağı bildirilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

Facebookdan bizi izləməyi unutmayın.
X