
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.
Fanat.Az xəbər verir ki, məlumatı Voleybol Federasiyasının mətbuat xidməti yayıb.
Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.