
Braziliyalı voleybolçu Luiza Tomas karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Gəncə" klubu onunla müqavilə imzalayıb.
Məlumatı qərb təmsilçisinin mətbuat xidməti yayıb.
O, ötən mövsümü Portuqaliyanın "Benfika" komandasında keçirib.
Luiza Portuqaliya Superkubokunun və I divizionunun qalibi olub.