
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XV turun daha iki oyunu baş tutacaq.
Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma eyni vaxtda - saat 17:00-da start götürəcək.
"Milli Aviasiya Akademiyası" "Turan"ı qəbul edəcək. Görüş birincilərin eyniadlı idman zalında keçiriləcək.
"Gənclər" isə UNEC-lə münasibətlərə aydınlıq gətirəcək. Matç UNEC-in idman zalında təşkil ediləcək.
Qeyd edək ki, XV turun digər oyunlarında "Abşeron" "Murov Az Terminal"ı (3:1),"DH Volley" "Gəncə"ni (3:2) məğlub edib.