Voleybol üzrə kişilər arasında Avropa çempionatında sürpriz nəticə qeydə alınıb.
Fanat.Az xəbər verir ki, dünya reytinqində 31-ci sırada qərarlaşan Çexiya millisi 1/8 finalda Tokio 2020 Yay Olimpiya Oyunlarının çempionu Fransa yığma komandası üzərində "quru" hesablı qələbə qazanıb - 25:22, 25:19, 34:32.
Dörd ildən sonra yarışın 1/4 finalına yüksələn çexlər bu mərhələdə Sloveniya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.
1/4 finalın digər cütləri isə belədir:
Rusiya - Polşa
Serbiya - Niderland
İtaliya - Almaniya
Qeyd edək ki, Çexiya, Polşa, Finlandiya və Estoniyanın ev sahibliyi etdiyi Avro 2021-ə sentyabrın 19-da yekun vurulacaq.
Sahib Əsədbəyli