Qadınlardan ibarət “Rabitə” voleybol komandasının tarixi qələbəsindən 10 il ötür.
Fanat.Az xəbər verir ki, 2011-ci ilin bu günü qadınlardan ibarət “Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilən klublararası dünya çempionatının qalibi olub.
Finalda Türkiyənin “Vakıfbank TT” komandasını 3:0 hesabı ilə məğlub edən serb Zoran Qayiçin rəhbərlik etdiyi komanda voleybol tariximizin ən böyük uğuruna imza atıb.
Hazırda tarixin yaddaşına qovuşan “Rabitə” komandasının çempion heyəti: Natalya Məmmədova, Mira Qoluboviç, Pelin Çelik, İrina Jukova, Sanja Staroviç, Keti Radzuveyt, Nataşa Osmorkoviç, Silviya Popoviç, Yasna Maystroviç, Nataşa Krsmanoviç, Mədinə Əliyeva, Dobriana Rabadziyeva
Klub rəsmiləri: Cəlil Cəfərov (prezident), Nəsimi Musayev (baş menecer), Şamil Qəmbərov (direktor), Şahlar Məmmədov (menecer), Eldar Yusubov (köməkçi məşqçi), Mərdan Vəliyev (həkim), Darko Stamatoviç (terapevt), İlqar İmamquliyev (jurnalist)
Emin Şəmsiyev