İtaliyanın "Kasalmaciore" klubunda çıxış edən voleybolçumuz Polina Rəhimova komandasında ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda ölkə çempionatının oyunu çərçivəsində səfərdə "Novara" ilə qarşılaşıb və 0:3 hesabı ilə məğlub olub.
Millimizin sabiq üzvü görüşdə 12 xal toplayıb.
Qeyd edək ki, "Kasalmacore" A seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Emin Şəmsiyev