Azərbaycan Voleybol Federasiyası 2021/22 mövsümünü xarici klublarda keçirəcək milli oyunçuların növbəti siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda 5 voleybolçunun adı yer alıb.
Bunlar Mariya Kirilyuk ("Sparta" Nijni-Novqorod, Rusiya), Andrey Vasilenko (“Hapoel" İroni Kiryat, İsrail), Yana Doroşenko (“Makkabi" İroni Hadera, İsrail), Tural Həsənli (“AE Karava Limboşa", Kipr) və Larisa Smeltsovadır (“Eilaboun", İsrail).