Yanvarın 14-də qadın voleybolçular arasında keçirilməli olan Azərbaycan Super Liqasının I dövrəsinin oyunları təxirə salınıb.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, görüşlər əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.
Matçların yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün Azərbaycan Voleybol Federasiyasının İdman zalında saat 16:00-da “Azərreyl” - “Abşeron”, 18:00-da isə UNEC - “Murov” görüşünün keçirilməsi nəzərdə tutulmuşdu.