Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib.
Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də baş tutacaq.
Yanvarın 18-də ilk olaraq “Azərreyl” və “Murov” komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. 18:00-da isə UNEC – “Abşeron” duelinə start veriləcək.
Yanvarın 21-də I turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq.
Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, görüşlər pandemiya səbəbindən azarkeşsiz keçiriləcək.