Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 18-ci turun oyunlarının vaxtı açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, oyunlar aprelin 15-də olacaq.
“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq turda ilk görüş MOİK və “Murov” komandaları arasında keçiriləcək. Oyun saat 15:00-da başlayacaq.
Bu matçdan iki saat sonra isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gələcək.