Atletika üzrə 94-cü Azərbaycan çempionatının 2-ci günü rekord və maraqlı nəticələrlə yadda qalıb.
Fanat.Az xəbər verir ki, uzunluğa tullanma yarışında Nazim Babayev 8 metr nəticə ilə ölkə çempionu adını qazanıb.
Bununla da o, Azərbaycan atletika tarixində 8 metr həddinə çatan ikinci idmançı olub.
Xatırladaq ki, burada rekord 1978-ci ildə 8.03 m göstəricisinə nail olan Vladimir Çepelyova məxsusdur.