Rusiya bədii gimnastı Dina Averina Yaponiyanın Kitakyuşu şəhərində keçirilən dünya çempionatının fərdi fərdi çoxnövçülük yarışında qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançı 4 proqramın cəmində hakimlərdən 108.400 bal alaraq ilk pilləni tutub.
Bu, Averinanın Yaponiyada 4-cü, ümumilikdə isə 18-ci DÇ "qızıl"ı olub. Beləliklə, o, mundialdakı baş mükafatların sayına görə tarixdə rekord müəyyənləşdirib.
Qeyd edək ki, mundiala oktyabrın 31-də yekun vurulacaq. Son gündə qrup hərəkətləri üzrə qalib və mükafatçılar müəyyənləşəcək.