2021-ci ilin ən yaxşı atleti müəyyənləşib.
Fanat.Az Ümumdünya Atletikasının (World Athletics) rəsmi saytına istinadən xəbər verir ki, bu ada Tokio-2020 Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə maneələrlə qaçış yarışında qızıl medal qazanan Karsten Varholm (Norveç) layiq görülüb.
Olimpiadada 45,94 saniyə nəticə ilə yeni dünya rekordu müəyyənləşdirən 25 yaşlı idmançı səsvermədə Coşua Çeptegeyi (Uqanda), Rayan Krauzeri (ABŞ), Arman Düplantisi (İsveç) və Eliud Kipçogeni (Keniya) qabaqlayıb.
Qadınlar arasında ilin atleti isə yamaykalı Eleyn Tompson seçilib. O, Tokio-2020-də 100 və 200 metr məsafəyə qaçışda, həmçinin 100x4 metr estafet yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.