Argentina Futbol Federasiyasının prezidenti Xulio Qrondona vəfat edib. Fanat.az xəbər verir ki, 83 yaşlı Xulio Qrondona dünən dünyasını dəyişib.
O, ürək ağrılarının şiddətlənməi səbəbindən xəstəxanaya yerləşdirilib və bu səbəbdən də dünyasını dəyişib.
Qrondona Argentina futboluna 1979-cu ildən başçılıq edirdi. Bu müddət ərzində yığma komanda 1 dəfə (1986) dünya çempionu olub, 2 dəfə (1990 və 2014) mundialın gümüş medallarını qazanıb, 2 dəfə (1991 və 1993) Amerika Kubokunun sahibi olub və 2 dəfə (2004 və 2008) Olimpiya Oyunlarının qalibi adına layiq görülüb.
Qeyd edək ki, Xulio Qrondonanın vəfatı Argentina çempionatının 1 həftə təxirə salınmasına səbəb olub.
Fanat.az