Junior Osvaldo yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" və "Bakı"nın sabiq üzvü hazırda AZAL-ın düşərgəsindədi.
Baş məşqçi Vaqif Sadıqov hazırda onu sınayır. Çalışdırıcı qısaca olaraq Juninyo adlandırılan futbolçu ilə bağlı qərarını qarşıdakı bir həftə ərzində verəcək.
Qeyd edək ki, tam adı Osvaldo Joze Martins Junior olan futbolçu 2009/10 mövsümündə "Xəzər Lənkəran"da (21 oyun, 2 qol), 2010/11 mövsümündə "Bakı"da (14 oyun, 1 qol) çıxış edib. 31 yaşlı yarımmüdafiəçi ölkəmizdən ayrıldıqdan sonra Braziliyanın aşağı liqa klublarında - "Votuporanguense", "Araksa", "Marilia" və "Ferroviaria"da forma geyinib.