Azərbaycanın qadın atleti Anna Skidan Serbiyanın paytaxtı Belqradda keçirilən Balkan çempionatında qızıl medal qazanıb.
Fanat.Az-ın məlumatına görə, çəkicatma növündə çıxış edən 29 yaşlı ukraynalı legioner 71,18 metr nəticə göstərib.
Qeyd edək ki, Anna Skidan Tokio Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.