Azərbaycanı Albaniyanın paytaxtı Tiranada keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında bir idmançı təmsil edəcək.
Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, mayın 28-də start götürəcək yarışda Dadaş Dadaşbəyli (102 kq) körpücük üzərinə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 5-dək davam edəcək.