Almaniyanın "Ştutqart" klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Portuqaliyanın "Braqa" klubunun 27 yaşlı hücumçusu Saymon Banzanı transfer etməyə çalışır.
Mənbənin məlumatına görə, Banzanın transfer dəyəri 8-10 milyon arası dəyişir.
Qeyd edək ki, Banza car mövsüm 24 matçda 13 qol və 4 məhsuldar ötürməyə imza atıb.
"Qarabağ" Avroliqanın pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaq.
Nahid Məmmədov