Cari mövsüm "Turan Tovuz" forması ilə özünü yaxşı tərəfdən göstərən Runi Eva və Natan Oduvanın bölgə təmsilçisində qalıb-qalmayacağı maraq doğurur.
Fanat.Az xəbər verir ki, tovuzluların çalışdırıcısı Ayxan Abbasov hər iki ön xətt oyunçusunun heyətdə saxlanılmasında israrlıdır.
Sözügedən futbolçular artıq baş məşqçi ilə söhbət zamanı komandada qalmaq istədiklərini bildiriblər. Başqa sözlə, həm Eva, həm də Oduva növbəti mövsümə də "Turan Tovuz"da başlamağa razılıq verib. İş burasındadır ki, Runi və Natanın müəyyən tələbləri yerinə yetirilməlidir. Onların maaşları təxminən 30 faiz artırılmalıdır ki, bu da özlüyündə gözlənilməz tələb deyil.
Yaxın günlərdə Abbasov klub rəhbərliyi ilə görüşərək bu məsələni müzakirə edəcək.
Nihat