
"Turan Tovuz"un hücumçusu Ayxan Quseynov cari mövsümün sonunda iş yerini dəyişə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Zenit"in yetirməsini "Sumqayıt" rənglərinə bağlamaq istəyir.
"Kimyaçılar"ın prezidenti, daha çox menecer kimi tanınan Riad Rəfiyev Ayxanı karyerasının Sumqayıt təmsilçisində daha yaxşı alınacağına inandırmaq üçün bacardığını edir.
Hərçənd Tovuz təmsilçisi də onu gələn mövsüm üçün sıralarında saxlamaq niyyətindədir.
Nihat