
Daha iki azərbaycanlı futbolçu karyeralarını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qardaş ölkənin "Hatayspor" klubu "Səbail"in iki futbolçusunu heyətinə qatmağı planlaşdırır.
Bunlar Turan Manafov və Ruslan Hacıyevdir. Hatay təmsilçisi hər iki oyunçunun agenti ilə əlaqə saxlayaraq onları azad agent qismində sıralarına cəlb etmək istədiyini bildirib və hazırda danışıqlar davam etdirilir.
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra bir müddət fəaliyyətini dayandırmaq məcburiyyətində qalan "Hatayspor" növbəti mövsümdən çıxışını elitada davam etdirəcək. Hazırda Super Liqada yalnız bir azərbaycanlı çıxış edir ki, bu da icarə əsasında "Konyaspor"un formasını geyinən Mahir Emrelidir.
Nihat