22:07 29.04.2023 570

“Azərbaycanda hakimliklə bağlı böyük problem var” - Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 32-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk yarıda biz əla, Avropa futbolu nümayiş etdirdik. Hücumlarımız çox oldu, əla qol vurduq. Yaxşı pressinq edirdik, yaxşı müdafiə olunurduq. Təəssüf ki, ikinci yarıda bunun davamını gətirə bilmədik. Meydanda eyni səviyyəli oyun getdi. Rəqibin qol epizodu yox idi. Amma üstünlük bizdəydi. Çox şadam ki, bu gün önəmli üç xalı əldə etdik.

İkinci yarıdakı zəif oyunun nə ilə əlaqəli olduğunu bilmirəm. Emosiyasız şəkildə oyunu təhlil etdikdən sonra nəsə demək mümkündür. Ola bilər ki, rahatlaşdıq. Rəqib son vaxtlar çox yaxşı oynayır. Keyfiyyət barəsində də irəliyə addım atıblar. Bunları nəzərə almaq lazımdır.

Azərbaycanda hakimliklə bağlı böyük problem var. Heç kim bundan danışmır. Bizi sadəcə "öldürdülər". Hakim 90 dəqiqə ərzində bütün foulları əleyhimizə verdi. Siz sadəcə, mənim qırmızı vərəqəmi görürsüz. Narazılıq bildirən kimi, dərhal vərəqə göstərirlər. Heç olmasa, hakimin fitlə nə etdiyinə baxın. Çempionatda hakimin "Sabah"ın xeyrinə olan bir səhvini mənə deyin. Birini də deyə bilməzsiz. Daim anlaşılmaz qərarlar verirlər, anlaşılmaz şeylər baş verir. Amma daim hamı qırmızı vərəqəni müzakirə edir.

Futbolçularımla aqressiv danışmağıma gəlincə, mənim oyunçularımdır da, burada nə problem var ki? Onlarla necə lazımdırsa, danışa bilərəm. Evdə də xanımım və uşaqlarla sərt danışa bilərəm. Onu da burada müzakirə edək?

"Qarabağ"la xal fərqi azalsa da, çempionluq hədəfimiz yoxdur. Məqsəd avrokuboklara düşməkdir. Dörd oyunumuz qalıb, onları udmaq istəyirik. "Qarabağ" fantastik şəkildə xallar toplayır. Biz isə ikinci yeri tutmaq istəyirik. Birinci yeri tutmaq bizdən asılı deyil. "Qarabağ"la yeddi xallıq fərqimiz var”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X