Müqavilə ilə "Sabah"a məxsus olan, cari mövsümü icarə əsasında "Şamaxı"da keçirən Kamran Quliyev növbəti mövsümə ölkə xariicndə başlaya bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı forvardın xidmətində Latviyanın iki klubu - "Dauqapvils" və "Metta", eləcə də Finlandiyanın elita təmsilçilərindən "İlves" maraqlıdır.
Artıq futbol agentləri vasitəsi ilə sözügedən klubların diqqət mərkəzinə düşməsindən xəbər tutan Kamran qərarını qətiləşdirməsə də, iyunda bu varintlar üzərində düşünəcəyi dəqiqdir.
Qeyd edək ki, Quliyev daha öncə də legioner həyatı yaşayıb. O, Litva "Yonava"sının formasını geyinib.
Nihat